Türkmənistan prezidenti atdan yıxıldı - Video

turkmenistan-prezidenti-atdan-yixildi-video
Oxunma sayı: 1260

Türkmənistanda keçirilən ənənəvi at bayramında həyacanlı anlar yaşanıb.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, yarışda iştirak edən ölkə prezidenti 56 yaşlı Qurbanqulu Berdumuhammedov atdan yıxılıb. Mühafizəçilər və nazirlər
yerdə tərpənməz halda uzanan prezidentə yardım etmək üçün dərhal yarış meydanına toplaşıblar. Hadisə yerinə təcili yardım çağırılıb. Yarım saatdan sonra özünə gələn prezident insanların qarşısına keçərək vəziyyətinin yaxşı olduğunu göstərib.