Türkmənistan prezidenti Putinə it hədiyyə etdi - Video

turkmenistan-prezidenti-putine-it-hediyye-etdi
Oxunma sayı: 7825

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçidə olan Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov rusiyalı həmkarına ad günü hədiyyəsi verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Berdımuhammedov hədiyyə olaraq Putinə “Sadiq” ləqəbli Alabay cinsindən olan çoban iti bağışlayıb.

Prezident hədiyyəsini sammitdən əvvəl ikitərəfli görüş zamanı təqdim edib.