Türkmənistan Prezidentinin ölüm xəbəri ilə bağlı - Açıqlama

turkmenistan-prezidentinin-olum-xeberi-ile-bagli
Oxunma sayı: 10777

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyinə səfirlikdən bildirilib.

“Bu, tamamilə yalandır. Biz bu məlumatı təkzib edirik”, - deyə, səfirliyin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bəzi xarici KİV-lər məzuniyyətdə olan Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı xəbər yayıb.