Türkmənistanın baş nazir müavini özünü asıb

turkmenistanin-bas-nazir-muavini-ozunu-asib
Oxunma sayı: 647

Mayın 3-də 52 yaşında dünyasını dəyişən Türkmənistan baş nazirinin müavini Batır Ereşovla bağlı yeni faktlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Xroniki Turkmenistana”nın yaydığı məlumata görə, baş nazir müavininin ölümünə səbəb özünü asaraq intihar etməsi olub. 

 Ehtimal edilir ki, onun intiharına səbəb bu ilin aprelində oğlunun həbsi və öz adının korrupsiya qalmaqalına qarışması olub.