Türmədə qiyam zamanı 45 nəfər yaralanıb - Meksikada

turmede-qiyam-zamani-45-nefer-yaralanib
Oxunma sayı: 660

Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhər həbsxanasında qiyam baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

İnsident nəticəsində azı 45 nəfər yaralanıb. Zərərçəkənlər arasında həm dustaqlar, həm də mühafizəçilər var.

Məlumatda 4 gözətçinin girov götürüldüyü bildirilib.

Əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.