Turqut Özalın zəhərlənməsi yenidən gündəmdə

turqut-ozalin-zeherlenmesi-yeniden-gundemde
Oxunma sayı: 647

“Qafqazinfo”nun “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Tibbi Məhkəmə mərhum prezidentin bədənindən götürülən nümunələrdə 4 fərqli zəhərli maddənin - DDT (həşərat öldürücü zəhər, 1980-ci illərdə Türkiyədə satışına qadağa qoyulub), Kadmium (ağır metal), Amerikium və Poloniumun (radioaktiv maddə) təsbit olunduğunu bildirilib.

DDT və Kadmium nəşdə yüksək miqdarda olub. Digər iki maddələr – Amerikium və Polonium isə öldürücü gücə malikdir.

Xəbərdə qeyd olunur ki, Özalın vücudu uzun müddət radioaktiv maddələrlə məhv edilib və sonra da həşərat dərmanı ilə ani ölümü gerçəkləşib: “Mütəxəssislərin müəyyənləşdirdiyinə görə, DDT bədənə yüksək miqdarda qəbul edildiyi zaman şok və ani ölümlərə səbəb olur. Həşərat zəhəri Özala maye və ya qida maddələri ilə birlikdə verilib. Zəhərlənmə özünü qusma, ishal, tərləmə, göz bəbəyinin böyüməsi və ya kiçilməsi, nəbs döyüntüsü, əzələlərdə zəifləmələr ilə göstərir”.

Tibbi Məhkəmə bütüb bu nəticələri dəyərləndirərək bir neçə həftə ərzində Ankara Cumhuriyyət Prokurorluğuna göndərəcək.