Turqutluda Xocalını andılar

turqutluda-xocalini-andilar
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, “Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı soyqırımı: şahidlərin dili ilə” kitablarının həmmüəllifi, “Azərbaycan həqiqətləri” filmlər toplusunu, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Ruhum Qarabağlıdır” filmlərini hazırlayan təşkilatlardan biri olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu layihələrin hazırlanmasında məqsəd 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrin topraqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımıları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktları bütün dünyaya daha geniş şəkildə təbliğ etmək işinə dəstək göstərməkdir.

Millət vəkili Qənirə Paşayeva “Azərbaycan həqiqətləri” filmlər toplusu haqqında məlumat verərək deyib ki, burada 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar – “Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı:Şamaxı” adlı 3 film şəklində 3 diskdə öz əksini tapır. “Həmçinin, topluda Ermənistanın 20-ci əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” və “Ağdam; Qafqazın Xirosiması” filmləri də yer alıb”.

“Hocalı Soykırımı: tanıkların dili ile” kitabında Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələrinin yer aldığını qeyd edən millət vəkili Qənirə Paşayeva Türkiyə türkcəsində nəşr olunmuş kitabın Xocalı həqiqətlərinin qardaş ölkədə də daha geniş təbliği işinə xidmət edəcəyinə inandığını söyləyib.
Materiallar Turqutlu şəhərinin universitetlərinə, kitabxanalarına, KİV-inə və qeyri-hökumət təşkilatlarına təqdim olunub