Turşu haram elan edildi- - Yeni siyahı

tursu-haram-elan-edildi-
Oxunma sayı: 2307


10 iyulda Mosulda öz xilafətini elan edən İraq Şam İslam Dövləti ( İŞİD), “haram və qadağa” siyahısına bir neçə yeni dəyişiklik edib. “Qafqazinfo” Müsavat.com-a istinadən xəbər verir ki, bu ilginc siyahıya turşular, sirkə, quru yemiş və müxtəlif növ çərəzlər daxil edən İŞİD, bazarlarda bu məmulatların satılmasına qadağa qoyub. 

Kişilər əfqan paltarları geyinməlidir

Qidalardan əlavə, İŞİD geyim barədə də öz “haram və qadağa” siyahısını hazırlayıb. Kişilərə əfqan paltarları geyinmələri üçün çağırış edən İŞİD militanları, bu çağırışa əməl etməyənləri ölüm cazası ilə cazalandıracaqlarını bildiriblər. Terror təşkilatı bundan başqa xalqa çağırış edərək bildirib ki, hər kəs öz İraq kimliyindən imtina etməli və İŞİD-in özünün hazırladığı kimliyi almalıdır.

2 min 500 Yezidi Kürdü cəbhəyə toplaşdı

Rojava Xalq Müdafiə Birlikləri (RXMB) tərəfindən təlim keçən 2 min 500 Yezidi Kürdü İŞİDƏ qarşı savaşmaq üçün Şenqal dağı ətrafında toplaşmağa başlayıb. Aylardır təlim keçən müdafiə birliyi, İŞİD-ə qarşı savaşmaq üçün tam hazır olduqlarını bəyan ediblər. İŞİD-in nəzarətində olan əraziləri almağı hədəfləyən birlikdə, kəskin nişanalma, raket və  hava topu idarəetmə sahələri üzrə mütəxəssislər fəaliyyət göstərir.