Turun ən yaxşısı “Qarabağ”lıdır

turun-en-yaxsisi-qarabaglidir
Oxunma sayı: 658

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının XXV  turunun ən yaxşı futbolçusu məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdi.

Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudu.

Qeyd edək ki, "Qarabağ" "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.