Tüstü bacasından kilolarla bal çıxdı - Video

tustu-bacasindan-kilolarla-bal-cixdi
Oxunma sayı: 2514

Heç vaxt arı saxlamayan Sabirabadın Hacıbəbir kənd sakini Ağazadə Məmmədov zəhmət çəkmədən kilolarla bala sahib olub. Çünki bal arıları onun evindəki tüstü bacasında yuva salıb.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, tüstü bacasının içindən kilolarla bal çıxıb. Ev sahibi odun sobası yandırmaq istəyəndə evə arılar daraşıb. Məlum olub ki, tüstü bacasının içi arı ilə doludur. Özü da bal arısı ilə.

Tüstü borusu arı şanı ilə tamamilə dolu olduğundan ev sahibi borunu təmizləmək qərarına gəlib. Bacanı sökərkən içi balla dolu olan arı şanlarını da kəsərək qazanlara doldurublar.

Sakinlər belə halla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.