Tutduğu balıqlar özündən ağırdır - Fotolar

tutdugu-baliqlar-ozunden-agirdir
Oxunma sayı: 5122

ABŞ-da yaşayan 24 yaşlı İnstaqram fenomeni Emili Riemer həm qüsursuz bədən quruluşu ilə seçilir, həm də nəhəng balıqlar tutmasıyla diqqəti öz üzərinə çəkir.

"Qafqazinfo" xəbər verir ki, o, tutduğu balıqların fotosunu şəxsi İnstaqram hesabında paylaşır.

Emili ovladığı bəzi balıqların özündən ağır olduğunu bildirir. 130 min izləyicisi olan 24 yaşlı fenomen nəhəng balıqları qayığa çəkmək üçün bəzən yarım saat vaxt sərf etdiyini söyləyir. O, balıq ovu üçün Kolumbiya, Meksika, Trindad və Tabaqo kimi ölkələri seçir.