Tütün suvaran kişini ilan sancdı

tutun-suvaran-kisini-ilan-sancdi
Oxunma sayı: 644

Şəkidə tütün suvaran 46 yaşlı kişini ilan sancıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər rayonun Cumakənd kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Afər Məhərrəm oğlu Məmmədovu  kənddəki tütün sahəsində suvarma işləri aparan zaman ayaq nahiyəsindən gürzə sancdığı bildirilir.

Şəki Mərkəzi Rayon Xəstəxanasında ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. A. Məmmədov müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.