Tutuquşuya işgəncə verən məşhur aşpaz ruhi dispanserə göndərildi

tutuqusuya-isgence-veren-meshur-aspaz-ruhi-dispansere-gonderildi
Oxunma sayı: 2103

Tutuquşuya işgəncə verdiyi üçün saxlanılan TV 8-in “MasterChef” yarışmasından qovulmuş aşpaz Murad Özdəmir haqqında qərar çıxarılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, onun haqqında 21 gün ruhi dispanserdə müalicə olunmasına qərar verilib.

Həmçinin, 5254 lirə (təxminən 1658 manat) pul cəzası kəsilib.

Qeyd edək ki, “MasterChef” verilişində qalmaqallı hərəkətləri ilə tanınan M.Özdəmir təhqirlərə yol verdiyi üçün oradan qovulmuşdu. Həmçinin, TV8-in rəhbəri Acun Ilıcalı bir neçə ay öncə Özdəmiri “Survivor” yarışmasına aparacağı barədə qərar versə də, verilişdən qovulduqdan sonra qərarını dəyişib.