TV abonentlərinə televizor hədiyyə edib

tv-abonentlerine-televizor-hediyye-edib
Oxunma sayı: 647

Ailə TV-nin 10 nəfər abonentinə 82 ekranlıq “LG” markalı LCD televizoru hədiyyə edilib. Lotereya verilişlərinin çəkilişindən dərhal sonra Ailə TV-nin əməkdaşları abonentlərin evlərinə gedərək hədiyyələri qaliblərə təqdim ediblər.

Lotereya oyunu zamanı Ailə TV-nin rəqəmsal qəbuledicisinin daxilində olan “Smart card”-ın seriya nömrəsi lotereya biletlərinin nömrələrinə uyğun məlumat daşıyıcısı hesab olunub. Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma “CAM Modul” üzərindən qoşulan abunəçilər iştirak ediblər. Tirajda 4085 lotereya oynanılıb.

Lotereyanın nəticələrinə əsasən, aşağıdakı Ailə TV abunəçiləri LCD televizor sahibi olublar.
1. Atayev Kərim (Xətai rayonu),
2. Həsənova Samirə (Xətai rayonu)
3. Həsənov İsfəndiyar (Hövsan qəsəbəsi),
4. Vaselinko Marina (Nizami rayonu),
5. Əhədov Elton (Nizami rayonu),
6. Hüseynov Şahin (Nizami rayonu),
7. Məmmədov İslam(Nizami rayonu),
8. Dadaşov Elçin (Yasamal rayonu),
9. Məmmədov Elçin (Yasamal rayonu),
10. Mirzəyev Şahin (Günəşli massivi)

Qeyd edək ki, Ailə TV artıq üçüncü ildir ki, abonentləri arasında müxtəlif stimullaşdırıcı lotereyalar keçirir. “Ailəyə qoşul, LCD televizor qazan” lotereyası Ailə TV-nin rəqəmsal paketinin bütün abunəçiləri LCD televizor sahibi olana qədər davam edəcək.
Builki lotereya verilişi dekabrın 21-də axşam saat 09:00-da “Ailə TV Kinozal” telekanalında nümayiş olunacaq.

Nigar Məmmədli