Tvinninq layihəsi müsbət dəyərləndirilib

tvinninq-layihesi-musbet-deyerlendirilib-
Oxunma sayı: 643

“Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Tvinninq layihəsinin nümayəndələri, sosial tərəfdaşlar iştirak ediblər.

Rezident Tvinninq Məşvərətçisi Karl Kuhn, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Kristof Kasillas layihənin icrası ilə bağlı olaraq ötən üç ay ərzində müvafiq qanunvericilik sisteminə dəyişikliklərin edilməsi, təlimlərin keçirilməsi, Polşa və Almaniyada müfəttişlərin ixtisasartırma kurslarında iştirak etməsi, TSƏŞ üzrə Üçtərəfli Sosial Şuranın yaradılması və s. istiqamətlərdə görülən işləri ətraflı təhlil ediblər. Bütün iştirakçılar Layihənin DƏMX ilə fəaliyyətini yüksək qiymətləndirərək müsbət fikirlərini bildiriblər.