Tvitterdə daha bir yenilik

tvitterde-daha-bir-yenilik
Oxunma sayı: 776

Tvitter mikrobloqu yaxın zamanlarda üç yeniliyi birdən təqdim etməyi düşünür.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə müddətdir 140 simvol limitini 280-ə çatdırmaq üçün sınaqlar aparan şirkət, mikrobloqa yeni funksiyaları da əlavə etməyi planlaşdırır.

Məlumata görə, feysbukda olduğu kimi, statusların daha sonra yayımlanmasını təmin edən funksiyanı işə salınması nəzərdə tutulub. Bundan başqa, “Məkan əlavə et” düyməsinin də aktiv ediləcəyi açıqlanıb.

Yeniliklərin təqdim olunacağı dəqiq tarix barədə məlumat verilməyib.