“Tvitter”dən Məhəmməd peyğəmbərin adı silindi

tvitterden-mehemmed-peygemberin-adi-silindi
Oxunma sayı: 651

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, “Tvitter” sosial şəbəkəsində Türkiyə gündəminin ilk sırasında olan “Həzrət Məhəmməd” başlığının qəfildən gözdən itməsi birmənalı qarşılanmayıb.
Türkiyə mətbuatı “Həzrət Məhəmməd” başlığının uzun müddət 1-ci sıradakı yerini qorumasına rəğmən qəfildən gözdən itməsinin təsadüfi olmadığını yazıb. “Tvitter” istifadəçilərinin sözügedən başlığın ilk onluqda belə görünməməsini təəccüblə qarşıladıqları bir vaxtda türkiyəli kompüter mütəxəssisi Nəcati Özal məsələyə münasibət bildirib.

Özal “Həzrət Məhəmməd” başlığının qəfildən gözdən itməsində sosial şəbəkə rəhbərliyinin “əməyinin” olduğunu güman etdiyini deyib. Kompyuter “quldur”larının belə yalnız bir “tvit”i birinci yerə çıxara biləcəyini deyən mütəxəssis 1-ci sıradakı yerini qoruyan başlığı silmənin yalnız “Tvitter” rəhbərliyinin müdaxiləsi ilə mümkün olduğunu qeyd edib.