Tvitterdən rus saytlarına qadağa

Tvitterdən rus saytlarına qadağa
Oxunma sayı: 291

Tvitter mikrobloqunun rəhbərliyi Rusiyanın “Russia Time” və “Sputnik” media qurumlarına qadağa qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki qurum ötən il ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham ediliblər.

Qadağaya əsasən “Russia Time” və “Sputnik”ə tvitterdəki hesablarından heç bir reklam paylaşa bilməyəcəklər.

Həmçinin şirkətdən bildirilib ki, “Russia Time”ın tvitterdə 2011-ci ildən bəri reklamlara xərclədiyi 1,9 milyon dolların prezident seçkiləri ilə bağlı aparılan istintaq üçün bağışlanacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi