“Twitter” 140 simvolu artıracaq

“Twitter” 140 simvolu artıracaq
Oxunma sayı: 298

“Twitter” mikrobloqlar xidməti mesajlara qoyulmuş məhdudiyyəti 280 simvoladək artırmağı sınaqdan keçirir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bundan əvvəl mikrobloqlar xidmətində mesajlara qoyulmuş məhdudiyyət 140 simvola bərabər idi.

Şirkətin meneceri Aliz Rouzen deyib ki, “Twitter”də hər kəsin öz fikirlərini rahat şəkildə ifadə etməsi üçün bu addımın atılması nəzərdə tutulur.

Məlumata görə, mesajlarda limitin artırılması yapon, Çin və Koreya dillərinin özəlliklərinə görə bu dillərə aid edilməyəcək. Rouzen, həmçinin qeyd edib ki, hazırda yenilik yalnız kiçik qrup üçün əlçatan olacaq.

Qeyd edək ki, ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu 140 simvoldan ibarət mesajlarla ictimai mübadilə üçün sosial şəbəkədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi