“Twitter” Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

twitter-azercell-in-sehifesini-resmi-olaraq-tesdiq-etdi
Oxunma sayı: 655

Azercell şirkətinin rəsmi Twitter səhifəsi www.twitter.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb. Bu status Twitter şirkətinin özü tərəfindən tanınmış qurumlara, brendlərə və ictimai xadimlərə verilir. “Qafqazinfo”nun məlumatına görə, bununla, Azercell nəinki telekommunikasiya sektorunda, hətta Azərbaycanın bütün yerli şirkətləri arasında bu nailiyyətə imza atan ilk şirkət olub. Azercell-in Twitter səhifəsinin hazırda 16 mindən çox izləyicisi mövcuddur.

Şirkətin təqdim etdiyi digər bir yenilik isə, Azercell abunəçilərinə öz Twitter səhifələrini internetə qoşulmadan, sms göndərməklə yeniləmək imkanı verəcək. İlk dəfə xidmətə qoşulmaq üçün START yazıb 8800 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu da Azercell abunəçilərinə SMS yazmaqla twitter yazıları yaratmaq imkanını vermiş olacaq.

Azercell sosial media sahəsində daim yeniliklərə imza atan şirkətdir. Şirkətin 150 mindən artıq fanı olan Facebook səhifəsində daim fərqli kampaniyalar keçirilir, hədiyyələr oynanılır. 0.facebook.com xidməti bütün Azercell abunəçilərinə öz telefonlarından pulsuz olaraq Facebook şəbəkəsindən istifadə etmək imkanı verir. Azecell-in Facebook-da təqdim etdiyi sosial müştəri xidmətlərinin effektivliyinə görə isə sosial medianın monitorinqini keçirən nüfuzlu “Socialbakers” tədqiqat mərkəzi şirkəti xüsusi sertifikata layiq görüb.

Nigar Məmmədli