“Twitter”i məhkəməyə verdi

twitteri-mehkemeye-verdi
Oxunma sayı: 725

Videolar üçün This Week in Tech (TWIT) şousunu və platformasını yaratmış Leo Laporte, “tvit” ticarət nişanının istifadəsi hüququnun pozulması ilə bağlı “Twitter” sosial şəbəkəsini məhkəməyə verib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, TWIT platforması 2005-ci ildən fəaliyyət göstərir.

“Twitter”in 2006-cı ildə istifadəyə verilməsindən öncə şirkətin həmtəsisçisi Evan Uilyams Laporteyə brenddən birgə istifadəni təklif etmişdi. O güman edirdi ki, TWIT və “Twitter” sözlərinin oxşarlığından münaqişə yarana bilər. Uilyams və Laporte hər iki layihənin öz adları altında fəaliyyət göstərməsi barəsində razılığa gəlmişdilər. Belə ki, onlar fərqli növ kontentlərin yayılmasına şərait yaradırlar.

Laporte ilə söhbətində Uilyams öz layihəsini mətnli mikrobloq servisi kimi qələmə vermiş və “Twitter” brendi altında audio ilə video kontentin işə salınmasını planlaşdırmırdı. 2010-cu ildə isə Uilyams şirkətdən getdi. Keçən ilin mayında “Twitter” orijinal video servisinin anonsunu etmişdi. Bu hadisədən sonra TWIT  platformasının vəkilləri şirkətdən bu barədə açıqlama verməsini tələb etmişdilər. Lakin bu danışıqlar nəticəsiz olmuş. İndi isə TWIT “Twitter”dən öz brendindən video layihələrdə istifadənin və onlardan vəsait qazanmağın dayandırılmasını tələb edir.