ÜAK-ın qeydiyyatının ləğvinə - Rus deputatdan reaksiya

uak-in-qeydiyyatinin-legvine
Oxunma sayı: 654

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı Rusiyanın Ali Məhkəməsinin qərarını şərh edib. “Qafqazinfo”ya Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Mayın 15-də məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi barədə qərar qəbul edildi. Situasiya son dərəcə xoşagəlməzdir. Sözsüz ki,  keyfiyyətli apellyasiya hazırlamaq və məhkəmə yolu ilə bu qərara etiraz etməyin yolları axtarılmalıdır. Madam ki iş məhkəməyə qədər gedib çıxdı, o zaman bu situasiyanı Rusiya qanunvericiliyi çərçivəsində həll etmək lazımdır. 

Əgər situasiyanı dəyişmək mümkün olmasa, mənim fikrimcə, yeni təşkilat yaratmaq və Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyinin fəaliyyətini bərpa etmək lazımdır”.