Uber də qiymətləri qaldırdı

uber-de-qiymetleri-qaldirdi
Oxunma sayı: 1496

Taksi sifarişi xidməti ilə məşğul olan Uber Azərbaycanda qiymətləri qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət tarifləri hər kilometrə görə 4 qəpik artırıb. Bu barədə Uber-də fəaliyyət göstərən sürücülərə elektron poçt vasitəsilə xəbərdarlıq edilib. 

Qiymət artımı benzinin qiymətinin qalxması ilə izah edilir. 

Xatırladaq ki, iyulun 15-dən Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycan “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Əvvəl isə bu qiymət 70 qəpik idi. 

Murad Əhməd