Uberin CEO-su istefa verdi

uberin-ceo-su-istefa-verdi
Oxunma sayı: 652

Taksi sifarişi xidməti ilə məşğul olan Uberin yaradıcısı Trevis Kalanik şirkətin baş direktoru postunu tərk edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun istefasına səbəb kimi səhmdarlar tərəfindən edilən təzyiqlər göstərilir:

“Mən Uberi dünyada hər şeydən çox sevirəm və şəxsi həyatımdakı bu çətin anlarda rəhbərlikdən getməklə bağlı investorların tələbi ilə razılaşdım. Çünki Uber növbəti döyüşlərlə fikrini yayındırmamalı, yenidən yaradıcılıqla məşğul olmalıdır”. 

Kalanik əvvəlki kimi Uberin direktorlar şurasına daxil olacaq. 

Qeyd edək ki, bir həftə əvvəl o müəyyən olunmamış müddətə qədər məzuniyyətə getdiyini açıqlamışdı. Kalanik bunu anasının ölümü də daxil olmaqla son hadisələrlə əlaqələndirmişdi.