Üç dildə “Mərdanova məktublar”

uc-dilde-merdanova-mektublar
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, ötən ay “Qanun” nəşriyyatında çap olunan 240 səhifəlik kitabda müəllifin narahatçılıq hissi ilə təhsil naziri Misir Mərdanova ünvanladığı 9 məktubu yer alıb. Hələ də cavabını gözləyən həmin məktublarda son 10-12 ildə təhsilin məzmununda baş verən dağılmalar, onların yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında söhbət gedir.

Əlövsət Osmanlının verdiyi məlumata görə, “Mərdanova məktublar”ın bu ilin sonunadək üç dildə - ingiliscə Nyu Yorkda, türkcə İstanbulda və rusca Moskvada çap olunacağı gözlənilir. Hazırda kitab üzərində tərcümə işləri gedir.

Layihəni xarici təşkilatlardan birinin həyata keçirdiyi və tərcümə işinə Azərbaycan dilinin incəliklərini bilən professional tərcüməçilərin cəlb olunduğu bildirilir.

Məlumat üçün bildirək ki, bundan öncə müəllifin “Təhsilimizin problemləri” seriyasından olan “Təhsil tariximizin qara ləkələri” (400 səh.), “Təhsilimiz hara gedir?” (448 səh.) və “Təhsilimiz bu gün” (400 səh.) kitabları çap olunmuşdu.

Fatimə Kərimli