Üç dostun ölümqabağı son fotosu - Qadın azərbaycanlıdır

uc-dostun-olumqabagi-son-fotosu
Oxunma sayı: 1188

Türkiyədə ağır yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bodruma doğru hərəkət edən avtomobil yoldan çıxaraq baryerə dəyib, daha sonra aşıb. Qəzada sürücü 48 yaşlı fotoqraf Serhat Dalmış, 24 yaşlı işçisi Anıl Berke Ateş ölüb, azərbaycanlı 35 yaşlı Gülmina İbrahimova isə ağır yaralanıb. Sonuncunun müalicəsi isə hələ də davam edir. 

Qeyd edilir ki, 3 dost qəzadan bir saat əvvəl instagrama birgə fotolarını yerləşdiriblər.