Şabranda intihara cəhd etmişdi, Bakıda öldü

sabranda-intihara-cehd-etmisdi-bakida-oldu
Oxunma sayı: 2162

Bir neçə gün öncə intihara cəhd edən şəxs xəstəxanada dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, dekabrın 10-da Şabran rayonunun 1977-ci il təvəllüdlü Q.N intihar edib.

Şabran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Q.N yaşadığı evdən asaraq intihar etmək istəyib. Bu zaman onu asılı vəziyyətdə görən ana oğlunu xilas edib.

Mərkəzi Xəstəxanada ilkin yardım göstərilsə də, xəstənin vəziyyəti ağır olduğundan o, Bakı şəhər xəstəxanalarından birinə yerləşdirilib. Lakin 3 gün sonra orada dünyasını dəyişib.

Onu da qeyd edək ki, mərhumun həyat yoldaşı Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Emin Kərimov