Üç gün qaldı

uc-gun-qaldi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 15-dən başlayan prosesin əsas məqsədi potensialı olan azərbaycanlı gəncləri beynəlxalq təşkilata üzv etməklə onlarda liderlik və şəxsi bacarıqlarını inkişaf etdirməkdir. Daha ətraflı məlumat üçün təşkilatın saytına: www.aiesec.az və ya Facebook səhifəsinə: www.facebook.com/aiesec.az daxil olun.

Qeyd edək ki, “AİESEC Azərbaycan” oktyabr ayının 9-u uğurla “AİESEC Cafe” adlı tədbirini həyata keçirdi. Tədbirdə iştirak edən 70-dən artıq çox gənc təşkilat və üzvlük prosesi haqqında məlumat alıblar.

Xatırladaq ki, AIESEC 110 ölkədə 60.000-dən artıq üzvə sahib olmaqla dünyanın ən böyük gənclər təşkilatıdır. Əsas hədəfi - yüksək potensiallı tələbələr və yeni məzunlara 63 ildir xüsusi imkanlar təqdim edir.

Dünya üzrə 4.000-dən çox şirkət və 2000-ə yaxın universitetlə əməkdaşlıq edərək beynəlxalq səviyyədə kifayət qədər nüfuza malikdir. ABŞ, Finlandiya, Portuqaliya, Cənubi Afrika Respublikası kimi ölkələrin bir sıra sabiq prezidentləri (Bill Clinton), baş nazirləri (Helmuth Kohl), “Microsoft” şirkətinin təsisçisi Bill Geyts, o cümlədən hazırki uğurlu İHS-lərin bəziləri və bir sıra güclü menecerlər məhz “AIESEC”in məzunu olublar.