Üç gün, üç gecə toy etdilər - Fotolar

uc-gun-uc-gece-toy-etdiler
Oxunma sayı: 4530

Dünya şöhrətli livanlı dizayner, 55 yaşlı Əli Saab oğluna toy edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Əli Saab-kiçik iyulun 18-də Beyrut şəhərində Kristina Muradla ailə həyatı qurub.

Cütlüyün toyu 19-20 iyul tairxlərində Livanın başqa şəhərlərində də qeyd olunub.

Nikah mərasimi “Le Plateau de Bakish” eko-qəsəbəsində, xüsusi təntənəli mərasim isə Saab ailəsinin malikanəsində baş tutub.

Mindən çox qonağın və məşhur ulduzların iştirak etdiyi, KİV nümayəndələri üçün açıq olan təntənəli toyda ümumiyyətlə, Murad 3 gəlinlik dəyişib.