Üç günə - 18 ölü, 89 yaralı

uc-gune-18-olu-89-yarali
Oxunma sayı: 645

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, martın 20-dən 23-dək respublika ərazisində 61 yol qəzası qeydə alınıb.

Nəticədə 18 nəfər ölüb, 89 nəfər xəsarət alıb.

K. Əliyev onu da əlavə edib ki, ötən il Novruz bayramı günlərində baş vermiş 68 yol qəzasında 17 nəfər ölmüş, 73 nəfər isə xəsarət almışdı.