Üç maşın toqquşdu, azyaşlı xəsarət aldı - Foto

uc-masin-toqqusdu-azyasli-xesaret-aldi
Oxunma sayı: 1004

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki "Mercedes" və bir "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"da olan bir azyaşlı xəsarət alıb. Ona tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli