Üç NATO hərbçisi həlak oldu

uc-nato-herbcisi-helak-oldu
Oxunma sayı: 641

Əfqanıstanda üç NATO hərbçisi həlak olub. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, ölkənin şərqində baş vermiş helikopter qəzasında iki nəfər ölüb, Əfqanıstanın cənubunda silahlıların hücumu nəticəsində isə bir NATO hərbçisi öldürülüb.

Hazırda helikopter qəzasının səbəbləri araşdırılır. İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.

2012-ci ilin əvvəlinə olan məlumata görə, Əfqanıstandakı NATO hərbçilərinin sayı 172 min nəfər təşkil edir. Xatırladaq ki, plana əsasən, NATO qoşunlarının bu ölkədən çıxarılması prosesi 2014-cü ilin sonunadək başa çatmalıdır.