Üç nazirin oğlu həbs olundu- - Yenilənib

uc-nazirin-oglu-hebs-olundu-
Oxunma sayı: 7023

 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanların arasında tanınmış azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab da var. Həmçinin türkiyənin məşhur biznesmen Ali Ağaoğlu da həbs olunan 18 nəfər sırasındadır.  

Prokurorluq  rüşvət vermək ittihamı ilə iş adamlarından şıübhələnərək bir ildən artıqdır onları izlədiklərini bildirib.

***

Türkiyənin “Hurriyet” qəzetinin saytında verilən məlumata görə, əməliyyatda həbs olunanların sayı  artıq 22 nəfərə çatıb. Onların arasında adı hələlik açıqlanmayan nazir oğlu da var.

***

Həbs olunan nazir oğlunun kimliyi açıqlanıb. O, İqtisadiyyat naziri Zafər Çağlayanın oğlu Saleh Kaan Çağlayandır.

***

Həbs olunanlar arasında daha iki nazir Daxili işlər naziri Müammar Gülərin oğlu Barış Gülər və Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar da var.