Üç nəfəri bıçaqlayan şəxs tutuldu

uc-neferi-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 649

İsmayıllı rayonunda 3 nəfəri bıçaqlayan şəxs tutulub. 

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirmiş, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı RPŞ tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.