Üç rayonda 743 sayğaca müdaxilə olub

uc-rayonda-743-saygaca-mudaxile-olub-
Oxunma sayı: 644

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ağsu EŞ üzrə cari ilin iyul ayında 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlara əsasən müvafiq qaydada hesabatlar aparılaraq 67,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Cari ilin 7 ayı ərzində isə burada 130-dan artıq (bunun 117 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu akt tərtib olunmuş, 354,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 21,2 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Göyçay EŞ-in xidməti ərazilərində keçirilmiş reydlər zamanı 26 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib, 39,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,4 manata yaxın istehlak dəyəri bərpa edilib. Cari ilin 7 ayı ərzində 143 qayda pozuntusu faktı (bunun 112 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Nəticədə 505,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 28,5 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Goranboy EŞ üzrə iyul ayında 35 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 77,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı 470-dən çox istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib ki, bunun da 421 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 2 milyon 118,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 127,1 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Nigar Məmmədli