Üç uşaq atası özünü güllələdi

uc-usaq-atasi-ozunu-gulleledi
Oxunma sayı: 2350


“Qafqazinfo” xəbər verir ki, Kanal S-in məlumatına görə, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Azər Tupik oğlu Məmmədov atı ilə taxıl sahəsindən qayıdan zaman həyətlərində atdan düşmək istəyib. Bu zaman xəsarət alanın çiynindəki ov tüfəngi ehtiyatsızlıqdan açılıb.

Nəticədə Azər Məmmədov ayağından yaralanıb. Yaralı dərhal yaxınları tərəfindən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, xəsarət alan 3 uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.