Üç yaşlı qızı maşın vurub öldürdü

uc-yasli-qizi-masin-vurub-oldurdu
Oxunma sayı: 1067

Bakıda 3 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini Şahin Hüseynov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini - 3 yaşlı Münəvvər Həsənovanı vurmuş və nəticədə uşaq hadisə yerində ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.