“Uçan adam” xeyriyyə matçına dəvət aldı

“Uçan adam” xeyriyyə matçına dəvət aldı
Oxunma sayı: 943

Səkkizqat Olimpiya çempionu, “uçan adam” ləqəbli sprinter Useyn Bolt xeyriyyə futbol matçında iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, oyun iyunun 10-da Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək.

Matçda məşhurlardan və veteran futbolçulardan ibarət iki komanda mübarizə aparacaq. Oyundan yığılan gəlir UNICEF-in hesabına köçürüləcək.

Oyunun təşkilatçısı məşhur müğənni Robbi Uilyams və televiziya aparıcısı Conatan Uilksdir.

Qeyd edək ki, 31 yaşlı Bolt peşəkar futbol karyerasına başladığını açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi