Uçan maşın artıq satışda

ucan-masin-artiq-satisda
Oxunma sayı: 721

Bir neçə gündən sonra həmin maşın Nyu- York avtomobil sərgisində nümayişə çıxarılacaq. "Qafqazinfo"nun xaricı mətbuata əsasən yaydığı xəbərdə, yeni model avtomobilin sınaq uçuşunun uğurla həyata keçirildiyi bildirilir. Terrafuqia adlı şirkətin istehsalı olan maşın altı illik əmək nəticəsində ərsəyə gəlib. Maşın ilk sınaq testi zaman yerdən 420 metr hündürlüyündə 8 dəqiqə uçub. Məlumata görə, artıq 100-dən çox insan bu maşına sahib olmaq üçün sifarişlərini verib. Sərgidən sonra alıcılarının sayının çoxalacağını proqnoz edən şirkət rəsmiləri, bu ilin sonunda uçan maşınların sahiblərinə dağıdılacağını bəyan ediblər.

Raminə