Uçan motosikiletlər artıq Bakıda

ucan-motosikiletler-artiq-bakida
Oxunma sayı: 646

“Qafqazinfo” Olimpiya.az saytına istinadən xəbər verir ki, Red Bull X-Fighters Jams - məşhur idmançıların, dünyanın ən yaxşı rayderlərinin iştirakı ilə əlamətdar çıxışlar silsiləsidir, Red Bull X-Fighters motofristayl üzrə ən nüfuzlu dünya turnirinə dəstək məqsədilə keçirilir.

Bakı inqilabın şahidi olacaq - qravitasiyaya qarşı olan inqilabın. Motofristaylın dünya ulduzları Azadlıq meydanında göy üzərində başgicəlləndirici, dəlisov tryuklar edərək səmalara uçacaqlar! Red Bull X-Fighters Jams - tamamilə yeni göstəridir ki, Azərbaycan sakinləri bu günə qədər bu cür göstərini yalnız televizor ekranlarında izləyiblər.
Azərbaycan sakinlərini valeh etməyə gələn dünya məşhurları: Aleksey Kolesnikov (Rusiya), Daniel Bodin (İsveç), İvan Zukkoni (İtaliya) və Vanni Odder (İtaliya).

Rayderlərin çıxışları xüsusi quraşdırılmış üç metrlik hündürlüyü olan tramplində keçirilir, burada moto-ekstremallar 10 metrlik hündürlüyə qalxaraq və bununla yanaşı 100 kiloqramlıq motosikletləri mütləq dəqiqliklə idarə edərək məharətlərini göstərəcəklər.