Ucarda canavarlar kəndə hücum etdi, qoyunları parçaladı

ucarda-canavarlar-kende-hucum-etdi-qoyunlari-parcaladi
Oxunma sayı: 2024

Ucar rayonunda canavarlar kəndə hücum edib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.
 
Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında canavarlar hücum edib.

Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxşın qoyunu isə yaralayıb.
 
Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.
 
Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər.