Ucarda maşın su kanalına aşdı, sürücü öldü - Video +Yenilənib

ucarda-masin-su-kanalina-asdi-surucu-oldu
Oxunma sayı: 3064

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə günorta radələrində Ucar-Zərdab yolunda, Ucarın Qəzyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zərdab istiqamətində hərəkət edən minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində hələlik kimliyi bəlli olmayan sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.

***

Ölən şəxsin kimliyi müəyyənləşib. Həmin şəxs Zərdab şəhər sakini 1974-cü il təvəllüdlü Ömərov Ceyhun Cəlal oğludur. 

Xəsarət alan isə 1998-ci il təvəllüdlü Ucar rayon Qəzyan kənd sakini Hüseynov Kamal Yaşar oğludur. 

 

Rəşad Türkoğlu