Ucarda maşın velosipedçini vurub öldürdü

ucarda-masin-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 1774

Ucarda avtomobil velosipedçini vurub öldürüb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.