Ucarda seçim turu olub

ucarda-secim-turu-olub
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli, rayon təhsil şöbəsinin və Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər.

Ucarlı gənclərdən ikisi kampanıyanın respublika turuna vəsiqə qazanıb.

Xatırladaq ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Fatimə Kərimli