Ucarda yanğında yaralananlar Bakıya göndərilib - Yenilənib

Ucarda yanğında yaralananlar Bakıya göndərilib
Oxunma sayı: 1311

Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axsam saatlarında  rayonun Qarabörk kəndində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Rais  Əlsurət oğlu Məmmədova  məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan azad oğlu Əhmədli yanıq  xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

Fakt araşdırılır. 

*** 

Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.
 
Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib.  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi