Ucarda yol qəzasında qadın sərnişin yaralandı

ucarda-yol-qezasinda-qadin-sernisin-yaralandi
Oxunma sayı: 892

Ucar rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ucardan keçən hissəsində qeydə alınıb.

Asəf Həsənovun idarə etdiyi 99 RG 028 dövlət qeydiyyat nömrəli minik avtomobili hərəkətdə olarkən qəzaya düşüb. Nəticədə, avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Ağstafa rayon sakini Qəmərli Aliyə Fərhad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu