Ucardakı qəzada 3 nəfər ölüb

ucardaki-qezada-3-nefer-olub
Oxunma sayı: 648

Hadisə bu gün 19.30 radələrində Bakı–Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 61 BD 498 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik maşını ilə qarşıdan gələn 10 XX 206 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil toqquşub.

Nəticədə 1963-cü il təvəllüdlü Rüstəmov Fəzail Əlisaab oğlu və hələlik şəxsiyyətləri müəyyən edilməmiş 2 kişi hadisə yerində dünyasını dəyişib.

Ucar Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə F.Rüstəmovun nəvəsi 2 yaşlı Fəzail Rüstəmov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş dövlət yol polisinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır./APA/