Ucarın qazı kəsildi

ucarin-qazi-kesildi
Oxunma sayı: 649

Bu gün cari təmir işləri ilə əlaqədar saat 09.00-dan 18.00-dək Ucar qazpaylayıcı stansiyasından rayonu təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir müddəti ərzində Ucar şəhəri də daxil olmaqla, Gəraybəyli, Qarabörk və Rəstəcə kəndlərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

Nigar Məmmədli