Ucqar kəndlərdə dərs deyən gənc müəllimlər mükafatlandırıldı

Ucqar kəndlərdə dərs deyən gənc müəllimlər mükafatlandırıldı
Oxunma sayı: 1450

Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə gənc müəllimlərdən Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Daşkəsən rayonu  Dəstəfur kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, Quba rayonu Möhüc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Yolçubəyli, İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı və digərləri çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.

Sonda müəllimlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi