Ucqar kəndlərin yolu təmir olunur

ucqar-kendlerin-yolu-temir-olunur
Oxunma sayı: 1088

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

"Qafqazinfo" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, söhbət ümumi uzunluqları 24.7 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yollarından gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 22 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.